"Uşaqları kütləvi və qapalı məkanlardan uzaq tutmaq lazımdır" - Nazirlik

   "Uşaqları kütləvi və qapalı məkanlardan uzaq tutmaq lazımdır" -    Nazirlik
  27 Dekabr 2023    Oxunub:951
Bayram günlərində uşaqları kütləvi və qapalı məkanlardan uzaq tutmaq lazımdır.
AzVision.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva qızılca ilə bağlı danışarkən deyib.

O bildirib ki, qızılcaya yoluxan bir nəfər ətrafında olan 10-12 nəfəri yoluxdura bilər.

“Uşaqlar arasında qızılcaya yoluxma halları artıb. Ona görə də çağırış edirəm ki, valideynlər övladlarını vaxtında qızılca əleyhinə peyvənd vurdurmağa gətirsinlər”, - mərkəz rəsmisi əlavə edib.

A.Əliyeva vurğulayıb ki, Azərbaycanda qızılcaya yoluxma halları əsasən 18 yaşa qədər insanlar arasında qeydə alınır.

"Tək-tək hallarda 40 yaşa qədər insanlar qızılcaya yoluxur. Hazırda yalnız 11-40 yaş arası əhalinin peyvənd olunması nəzərdə tutulur. Onu da qeyd edim ki, ölkədə 6 yaşa qədər uşaqların qızılca əleyhinə peyvəndi Milli Peyvənd Təqviminə əsasən həyata keçirilir”.

O qeyd edib ki, bütün aidiyyəti tibb müəssisələrinə qızılca əleyhinə peyvənd paylanılıb, hər bir şəxs ərazi üzrə poliklinikalara yaxınlaşaraq vaksin vurdura bilər.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti