Rusiyanın “Maqnitskiyə” cavabının gizli məqamları

Rusiyanın “Maqnitskiyə” cavabının gizli məqamları
  16 Aprel 2013    Oxunub:1375
Rusiyanın “Maqnitskiy siyahısına” cavabı tam olaraq açıqlanmayıb.
Rusiyanın ABŞ-ın Maqnitski siyahısına cavab olaraq açıqladığı ABŞ vətəndaşlarına Rusiyaya səfəri qadağan edən siyahısı tam olaraq açıqlanmayıb. Belə ki, siyahıda daha çox şəxslərin adı olduğu bildirilir.

“Adları məxfi saxlananların sayı, siyahıda açıqlananlardan daha çoxdur”-deyə Rusiya Xarici İşlər Nazirliyi məlumat verir.

Bununla yanaşı ABŞ-ın “Maqnitskiy siyahısı”nda yer alan Rusiya vətəndaşlarının sayı da dəqiq məlum deyil.” Bu barədə məlumatımız yoxdur . Amerika tərəfi məsələnin detalları barədə açıqlama verməkdən çəkinir. Sadəcə bildiriblər ki, siyahının gizli saxlanan hissəsində əvvəlkindən daha çox yüksək çinli məmurların adları var” deyə Rusiya XİN mənbələrindən bildirilir.

Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti