Səfir: "Heydər Əliyevin xatirəsini yad etmək ukraynalılar üçün böyük şərəfdir"

      Səfir:    "Heydər Əliyevin xatirəsini yad etmək ukraynalılar üçün böyük şərəfdir"
  12 Dekabr 2023    Oxunub:989
“Bizim üçün çətin olan bu zamanda Azərbaycanın böyük köməyini hiss edirik”.
AzVision.az xəbər verir ki, bunu Ukraynanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vladislav Kanevski jurnalistlərə deyib.

Səfirin sözlərinə görə, məhz Heydər Əliyev Ukrayna ilə Azərbaycan arasında böyük dostluğun əsl banisi olub:

“Məhz Ümummilli Liderin sayəsində mövcud olan strateji tərəfdaşlıq bu gün fəal şəkildə inkişaf edir. Vətəndaşlarımız arasında sevgi və xüsusi münasibət, ölkələrimiz arasında çox möhkəm əlaqələr mövcuddur. Ona görə də Ümummilli Liderin xatirəsini yad etmək bizim üçün həmişə böyük şərəfdir”.

Diplomat qeyd edib ki, Ukraynada bu günlərdə Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı çoxlu tədbirlər keçirilir: “Bu, təkcə xatirə deyil, ukraynalılar olaraq bizim borcumuzdur”.

Ukrayna səfiri ölkəmizin dəstəyini də diqqətə çatdırıb:

“Biz Azərbaycana çox minnətdarıq. Bizim üçün bu çətin zamanda sizin böyük köməyinizi hiss edirik”.

AzVision.az


Teqlər:





Xəbər lenti