Mark Rubionun Panamaya səfəri öz “bəhrə”sini verdi

   Mark Rubionun Panamaya səfəri öz “bəhrə”sini verdi
  03 Fevral 2025    Oxunub:335
Panama prezidenti Xose Raul Mulino bu ölkəyə səfərə gələn ABŞ-nin Dövlət katibi Marko Rubio ilə apardığı danışıqlarda Panama kanalı barədə ölkənin suverenliyi və Çinin regionda mövcudluğu məsələlərini müzakirə edib.
AzVision.az “CNN” telekanalının yaydığı məlumata istinadən xəbər verir ki, Xose Raul Mulino Panamanın kanal üzərindəki suverenliyinin müzakirə mövzusu olmadığını bildirməklə yanaşı, “Bir kəmər - bir yol” təşəbbüsü üzrə Çin ilə 2017-ci il balanmış anlaşma memorandumunu da yeniləmək niyyətində olmadığını açıqlayıb.

Tərəflər Panamada Amerika investisiyalarının, o cümlədən infrastruktur layihələrinin genişləndirilməsi perspektivlərini müzakirə ediblər. Daryen regionu vasitəsilə ABŞ-nin qeyri-qanuni miqrantların repatriasiyası proqramının genişləndirilməsi kontekstində Panama hətta sözügedən bölgədəki Meteti aeroportundan strateji obyekt kimi istifadə edilməsinə də razılşaıb.

Məhz bu reallıqlar fonunda Panama prezidenti bu səfərin ikitərəfli münasibətlərin möhkəmləndirilməsi üçün yeni imkanlar açdığını deyib.

Qəzəblənmiş panamalılar Trampa “cavab” verdilər
Lakin görüşdən sonra ABŞ Dövlət departamenti Çinin kanala “nəzarəti” ilə bağlı narahatlıqların davam edəcəyi təqdirdə, kanalın neytrallıq müqaviləsi çərçivəsində Vaşinqtonun hüquqlarını qorumaq üçün tədbir görülməsinin mümkünlüyü barədə bəyanat yayıb.

Bu baxımdan, Çinin “CK Hutchison Holdings” konqlomeratı ilə əlaqəli “Panama Ports Company” şirkətinin fəaliyyətinə xüsusi diqqət yetirilib. Bunun qarşılığında Panama prezidenti Xose Raul Mulino kanalın yaxınlığında iki terminalı idarə edən şirkətin auditininin keçiriləcəyini bildirib. Dünyanın ən böyük liman operatorlarından biri olan “Hutchison Ports” şirkəti Panama kanalına çıxışa nəzarət etmir, yalnız yükləmə-boşaltma əməliyyatlarını və gəmilərin yanacaqla doldurulmasını həyata keçirir.


Sahil İsgəndərov
AzVision.az



Teqlər:   Mulino   Rubio   Panama  





Xəbər lenti