Rus ekipajı olan gəmi buraxılıb

Rus ekipajı olan gəmi buraxılıb
  01 Fevral 2025    Oxunub:336
Norveç hökuməti əvvəllər saxlanılmış “Silver Dania” gəmisini rus ekipajı ilə birlikdə buraxıb.
AzVision.az “BBC” tele-yayım korparasiyasının məlumatına istinadən xəbər verir ki, gəminin Latviya ilə İsveçin Qotland adasını Baltik dənizinin dibi boyunca birləşdirən kabelin qırılmasında iştirakı ilə bağlı heç bir sübut tapılmayıb.

Baltik kabelini zədələyən gəmi saxlanıldı: Ekipajı ruslardır
Sankt-Peterburqdan Murmansk istiqamətində hərəkət edən gəmi iki gün əvvəl axşam saatlarında Norveçin sahil mühafizəsi tərəfindən dayandırılıb və ölkənin şimalındakı Tromso limanına müşayiət olunub. Lakin sonradan polis onun Baltik dənizinin dibində fiber-optik kabelin qırılmasında əli olmadığı qənaətinə gəlib.

Tromso polisi həbsin Latviya hökumətinin tələbi ilə həyata keçirildiyini bildirib. “Silver Dania” gəmisinin sahibi və heyəti könüllü olaraq Sahil Mühafizəsi gəmisinin müşayiəti ilə limana getməyə razılaşıblar.

Qeyd edək ki, Norveçin “Silver Sea” gəmi şirkətinə məxsus olan bu gəmi Norveç bayrağı altında üzür.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Norveç   gəmi   ruslar  





Xəbər lenti