"Azercell"dən "Gənclər Günü"nə özəl təklif

"Azercell"dən "Gənclər Günü"nə özəl təklif
  01 Fevral 2025    Oxunub:289
Lider mobil operatordan yeni "Xiaomi" smartfonunu əldə edən müştərilərə seçilmiş "SuperSən" tarif paketlərinə 50% endirim.
"Azercell" "Gənclər Günü" münasibətilə istifadəçilərə xüsusi kampaniya təqdim edir. Belə ki, "Azercell Exclusive" və rəsmi diler mağazalarından "Xiaomi Redmi Note 14" seriyasına aid smartfonlar əldə edən müştərilər "Supersən 6GB" və ya "Supersən 10GB" tarif paketinə 2 ay müddətində 50% endirim qazanacaqlar

28.02.2025 tarixinədək qüvvədə olacaq kampaniya qiyməti 429 AZN-dən başlayan "Xiaomi Redmi Note 14", "Note 14 Pro" və "Note 14 Pro+" modelləri üçün keçərlidir.

Kampaniya haqqında ətraflı məlumat üçün Gənclər Günü | Azercell səhifəsinə daxil ola bilərsiniz.

"Azercell" bütün Azərbaycan gənclərinin bayramını təbrik edir, gələcək işlərində uğurlar arzulayır!

AzVision.az


Teqlər: Azercell  





Xəbər lenti