“Tramp kürdlərlə əməkdaşlığı dayandırmalıdır” - Hakan Fidan
Əl-Tani isə vurğulayıb ki, ölkəsi öz yurdlarına qayıda bilməyən Qəzza sakinlərini qəbul etməyə hazırdır.
Tərəflər həmçinin Suriyanın bərpası üçün birlikdə çalışmağa hazır olduqlarını bəyan ediblər.
Hakan Fidan bir məqamın üzərində xüsusi dayanıb. O vurğulayıb ki, ABŞ-nin Suriyada kürdlərlə əməkdaşlığı dayandıracağına ümid edilər: “İnanırıq ki, cənab Tramp regionda uzun müddətdir davam edən bu səhvə son qoyacaq”.
Türkiyəli diplomat diqqətə çatdırıb ki, kürdlərin hərbi-siyasi təşkilatı olan YPG əslində İŞİD-lə mübarizəyə heç bir töhfə verməyə qadir deyil. Bu prosesdə əsas rolu Türkiyə, İraq, Suriya, İordaniya oynayıblar.
Tariyel Həsənov
AzVision.az