Ötən il “Azərkosmos” gəlirlərinin 73 faizini xidmət ixracından əldə edib

Ötən il “Azərkosmos” gəlirlərinin 73 faizini xidmət ixracından əldə edib
  03 Fevral 2025    Oxunub:420
2024-cü ilin yanvar-dekabr aylarında Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) tərəfindən dünyanın 50 ölkəsinə 18,5 milyon dollar dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edilib. Bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 2 ölkə az və 6,57 faiz azalma deməkdir.
AzVision.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın yanvar sayına istinadla bildirir ki, “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 73 faizini təşkil edib. 2024-cü ilin dekabr ayında isə “Azərkosmos” dünyanın 40 ölkəsinə 1,6 milyon dollar dəyərində xidmət ixrac edib.

Ötən il ərzində peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində isə 6 milyon dollar ilə Birləşmiş Krallıq, 3,8 milyon dollar ilə Lüksemburq, 855,5 min dollar ilə BƏƏ, 683,8 min dollar ilə Pakistan, 654,5 min dollar ilə Türkiyə qərarlaşıb.
AzVision.az



Teqlər:





Xəbər lenti