“On milyonlarla ölümə səbəb olan və ABŞ iqtisadiyyatına ən azı 14 trilyon dollar ziyan vuran COVID-19 pandemiyası Çin Kommunist Partiyasının inkar etməkdə israrlı olduğu Çinin Uhan şəhərindəki laboratoriyada yaranıb”, - Ağ Evin dərc etidiy bəyanatda vurğulanır.
Kanadalıları “çətin vaxtlara” hazırlayırlar |
Bundan əvvəl isə, öz mənbələrinə istinad edən “The New York Times (NYT)” qəzeti ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) COVID-19 pandemiyasının Çinin Uhan şəhərindəki laboratoriyadan virus sızması nəticəsində başlaması versiyasına meylli olduğunu yazmışdı. MKİ bir neçə ildir ki, virusun heyvanlardan insanlara təbii yolla və ya laboratoriya sızması nəticəsində keçdiyini təsdiqləmək üçün kifayət qədər məlumata malik olmadığını açıqlayırdı.
- MKİ-nin mövqeyində dəyişiklik yeni kəşfiyyat məlumatlarının alınmasına deyil, mövcud məlumatların daha dərindən öyrənilməsinə əsaslanır. Bu təhlil ABŞ-nin əvvəlki prezidenti Co Baydenin administrasiyası dövründə başlayıb və onun nəticələri MKİ-nin yeni direktoru Con Retkliffin qərarı ilə ictimaiyyətə açıqlanıb”, - nəştin mənbələri iddia ediblər.
Con Retkliff əvvəllər dəfələrlə COVID-19-un mənşəyini və virusun yayılması ilə bağlı vəziyyəti gizlətdiyinə görə Çinin cəzalandırılmasına çağırıb.
Sahil İsgəndərov
AzVision.az