Zaxarova azərbaycanlı və erməni jurnalistləri müqayisə etdi

   Zaxarova azərbaycanlı və erməni jurnalistləri müqayisə etdi
  31 Yanvar 2025    Oxunub:291
Rusiya Xarici İşlər nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova erməni jurnalisti Rusiya-Azərbaycan münasibətlərindəki gərginlik barədə suala görə tənqid edib.
AzVision.az xəbər verir ki, Mariya Zaxarovanın cavabı əslində erməni jurnalistləri daim təxribatçı fəndlərə əl atdığını və qeyri-peşəakarlığını ifşa edir.

“Siz başa düşmürsünüz ki, Ermənistan mediasının nümayəndəsinin Rusiyanın Azərbaycandakı səfirinin və ya Azərbaycanın Rusiyadakı səfirinin çağırılması məsələsini, yaxud Rusiya ilə Azərbaycanın ikitərəfli gündəliyində olan məsələni səsləndirməsi absurddur? Niyə Ermənistan KİV-lərinin təmsilçiləri istisnasız olaraq Rusiya nümayəndələrinə Rusiya-Ermənistan məsələlərinə deyil, başqa ölkə ilə ikitərəfli münasibətlərə dair suallar verirlər? Azərbaycan mediasının nümayəndələri bunu etmirlər”, - Rusiya XİN-in rəsmisi bildirib.

Zaxarova: “Uydurma xəbərləri münasibətləri pozmağa çalışanlar yayır”
Qeyd edək ki, bu mətbuat konfransında Mariya Zaxarova yanvarın ortalarında Azərbaycan və Rusiyanın diplomatik korpusları arasında münasibətlərlə bağlı internetdə yayılmış saxta məktuba da aydınlıq gətirərək, bunun arxasında Bakı-Moskva münasibətlərini pozmağa çalışan qüvvələrin dayandığını vurğulayıb.

Rusiya XİN-in rəsmisinin erməni KİV-lərinin nümayəndələrinin təxribatçı üsullara əl atmasını xatırlatması fonunda, sözügedən saxta məktubun da məhz onlar tərəfindən hazırlanması və yayımlanması istisna oluna bilməz.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Zaxarova   jurnalsitkər  





Xəbər lenti