Donald Tramp BRİCS ölkələrini hədələyib

      Donald Tramp BRİCS ölkələrini hədələyib
  31 Yanvar 2025    Oxunub:290
ABŞ prezidenti BRİCS-in yeni valyuta yaratmaq və ya dolları əvəz etmək üçün hər hansı başqa valyutanı dəstəkləmək qərarına gələcəyi halda nə baş verəcəyini izah edib.
AzVision.az xəbər verir ki, ABŞ lideri BRİKS ölkələrinin dünya ticarətində ABŞ dollarına alternativ valyuta yaratmaq cəhdinin qarşılığında onlara 100% idxal rüsumları tətbiq edəcəyini bir daha açıqlayıb.

“Biz düşmən kimi görünən bu ölkələrdən yeni BRİKS valyutası yaratmayacaqlarına və ya güclü ABŞ dollarını əvəzləyəcək hər hansı başqa valyutaya dəstək verməyəcəklərinə dair söz vermələrini tələb etməyə hazırlaşırıq. Əks halda 100% tariflərlə üzləşəcəklər və gözəl Amerika iqtisadiyyatına satış qabiliyyəti ilə vidalaşmalı olacaqlar”, - ABŞ prezidenti “Truth Social” sosial şəbəkəsində paylaşım edib.

Onun iddiasına görə, ABŞ-nin kənarda dayanaraq BRİKS ölkələrinin dollardan uzaqlaşmağa çalışmasını seyr etdiyi fikrinə xitam verilib.

- Onlar gedib başqa sadəlöhv ölkə tapa bilərlər. BRİCS-in nə beynəlxalq ticarətdə, nə də başqa yerdə ABŞ dollarını əvəz etməsi şansı yoxdur. Bunu etməyə çalışan hər bir ölkə “Salam, tariflər və əlvida, Amerika” deməlidir", - Donald Tramp bildirib.

ABŞ prezidentinin bu məsələ ilə bağlı əvvəlki bəyanatından sonra Rusiyanın BRİCS-dəki etibarlı nümayəndəsi, Rsuiyanın Xarici İşlər nazirinin müavini Sergey Ryabkov bildirib ki, BRİCS dollara qarşı getmədiyini, lakin Vaşinqtonun yanlış siyasətindən nəticə çıxardığını Trampa izah etməyə çalışır. İndoneziyanın Milli İqtisadiyyat Şurasının sədr müavini xanım Mari Elka Panqestu isə beynəlxalq maliyyə sisteminin dolların hegemonluğundan qurtulması prosesini qaçılmaz adlandırıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Tramp   BRİCS   hədə  





Xəbər lenti