Ekspertlər təyyarə qəzası barədə xəbərdarlıq ediblərmiş - "Associated Press"

   Ekspertlər təyyarə qəzası barədə xəbərdarlıq ediblərmiş    - "Associated Press"
  31 Yanvar 2025    Oxunub:303
Aviasiya mütəxəssisləri uzun müddətdir ki, Vaşinqton səmasında təyyarələr üçün hava məkanının sıxlığının qəzaya səbəb ola biləcəyi barədə xəbərdarlıq ediblər.
Bu barədə Associated Press (AP) xəbər agentliyi məlumat yayıb.

Təyyarə qəzasından sonra çaydan 19 cəsəd çıxarılıb - VİDEO
Agentlik qeyd edib ki, çərşənbə günü axşam Amerika paytaxtında sərnişin təyyarəsinin hərbi vertolyotla toqquşmasından sonra ekspertlərin qorxduğu proqnoz təsdiqləndi. AP United Airlines-ın təqaüdçü kapitanı Ross Eymerdən də sitat gətirib: "Bu, baş verməsi gözlənilən bir fəlakət idi. Bizim kimi mütəxəssislər, ətrafımızda olanlar uzun müddətdir ki, sanki havaya söz deyirdilər... Hər kəs xəbərdar edirdi ki, sistemlər yüklənir, qəzalar baş verə bilər".

Agentliyə açıqlama verən ekspertlər onu da qeyd ediblər ki, əlverişli hava şəraitində belə, Ronald Reyqan hava limanına enişdə risklər müşahidə olunur. Çünki ərazidə mülki və hərbi təyyarələrin çoxluğu səbəbindən hətta təcrübəli pilotlar üçün də çətinlik yaranır.

CBS-in məlumatına görə, əvvəllər ildə yalnız 15 milyon nəfərin daşınması üçün nəzərdə tutulmuş Reyqan Hava Limanı hazırda 26 milyondan çox sərnişinə xidmət göstərir.

Xatırladaq ki, dünən Vaşinqtonda uçuş-enmə zolağına yaxınlaşan sərnişin təyyarəsi “Black Hawk” helikopteri ilə toqquşub.
Qəzadan sonra təyyarə hava limanının yaxınlığında olan Potomak çayına düşüb. Təyyarə Kanzas ştatının Viçita şəhərindən uçuş həyata keçirirmiş. İnsidentdən sonra Reyqan hava limanında bütün uçuşlar və enişlər 31-nə kimi dayandırıldı. Artıq çaydan 40-a yaxın meyit aşkarlanıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Qəza   Təyyarə   ABŞ  





Xəbər lenti