Sığorta bazarında 11%-ə yaxın artım var

Sığorta bazarında 11%-ə yaxın artım var
  29 Yanvar 2025    Oxunub:842
Ötən il Azərbaycanda sığorta yığımlarının həcmi 1,3 milyard manat təşkil edib.
AzVision.az xəbər verir ki, bu barədə Mərkəzi Bankdan məlumat verilib.

Məlumata əsasən, bu, 2023-cü ildəki göstəricilərlər müqayisədə 130,6 milyon manat və ya 10,7% çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin etdiyi ödənişlərin həcmi isə 752,7 milyon manat olub ki, bu da 165,4 milyon manat və ya 28,1% artım deməkdir.

Qeyd edək ki, 2023-cü il üzrə sığorta yığımlarının həcmi 1,2 milyard manat, sığorta ödənişlərinin həcmi isə 587,3 milyon manat olub.


Teqlər:





Xəbər lenti