ABŞ mətbuatı Azərbaycandan yazdı

   ABŞ mətbuatı Azərbaycandan yazdı
  30 Yanvar 2025    Oxunub:427
Heç kim bir-biri ilə anlaşa bilməyən və tez-tez mübahisə edən iki dostu arasında qalmağı arzulamaz. Azərbaycan son dövrlərdə özünün iki mühüm müttəfiqi – Türkiyə və İsrail arasında müvazinəti saxlamağa çalışır.
Bu barədə tanınmış politoloq və jurnalist, Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru Reyçel Avraham baş qərargahı ABŞ-ın Nyu-York şəhərində yerləşən Xarici Siyasət Assosiasiyasının xəbər saytında dərc olunmuş “Azərbaycan Türkiyə-İsrail münasibətlərini yaxşılaşdıra biləcəkmi?” başlıqlı məqaləsində yazıb.

Qeyd olunub ki, Türkiyə Azərbaycanın çoxdankı və ən yaxın müttəfiqidir. Hər iki dövlət özünü iki ölkədə yaşayan bir xalqın parçası hesab edir. Digər tərəfdən, İsrail neft, silah və mobil telekommunikasiya kimi sahələrdə geniş ticarət əlaqələri olan Azərbaycanın yaxın tərəfdaşıdır.

Məqalə Azərbaycanın iki müttəfiqi arasında gərginliyi azaltmaq üçün nə etməli olması sualını qoyur. Həm Türkiyə, həm də İsrail Azərbaycana bir neçə sahədə, xüsusilə İkinci Qarabağ müharibəsində dəstək veriblər. Bu iki ölkə arasında əməkdaşlıq Azərbaycanı beynəlxalq və regional müstəvidə daha da gücləndirir.

Müəllif iki müttəfiqimiz arasındakı münaqişəli vəziyyətin ölkəmizin maraqlarına cavab vermədiyini və bunu nəzərə alan Azərbaycanın vasitəçilik üçün bütün mümkün diplomatik vasitələrdən istifadə etməyə çalışdığını vurğulayıb. Diqqətə çatdırılıb ki, bu reallaşarsa, Azərbaycan müttəfiqlərinə güvənən bir ölkədən Yaxın Şərqdəki münaqişələrdə vasitəçilik edən və onları nizamlayan ölkəyə çevriləcək. Politoloq əmindir ki, Türkiyə ilə İsrail arasında vasitəçilik təkcə Azərbaycanın deyil, eləcə də İsrail və Türkiyənin təhlükəsizliyini gücləndirəcək, bütün regionda sabitliyi artıracaq.

Məqaləni ətraflı şəkildə linkə keçid edərək oxumaq mümkündür.

AzVision.az



Teqlər:





Xəbər lenti