Tramp: "Suriyadan qoşunlarımızın çıxarılmasına dair qərar verilməlidir"

   Tramp:   "Suriyadan qoşunlarımızın çıxarılmasına dair qərar verilməlidir"
  31 Yanvar 2025    Oxunub:341
ABŞ administrasiyası Amerika qoşunlarının Suriyadan çıxarılmasının mümkünlüyü ilə bağlı qərar verəcək. Çünki Vaşinqtonun bu ölkənin problemləri ilə məşğul olmağa ehtiyacı yoxdur.
TASS-ın yaydığı məlumata görə, bu barədə Ağ Evin rəhbəri Donald Tramp bildirib.

“Biz Suriyadakı vəziyyətə qarışmırıq. Bu, onların xaosudur!", - siyasətçi qeyd edib.

Suriyanın yeni hakimiyyəti Rusiyadan təzminat istəyib
Tramp vurğulayıb ki, Suriyanın hazırda kifayət qədər problemləri var və Dəməşq də istəmir ki, ABŞ onun daxili işlərinə qarışsın.

Bir gün əvvəl Əhməd əl-Şaraa Suriyanın keçid dövrünün prezidenti kimi vətəndaşlara ilk müraciətində ölkənin bütün ərazilərini nəzarətə götürəcəyinə söz verdi.

Siyasətçi yanvarın 23-də isə bəyan etmişdi ki, Suriyanın yeni hakimiyyət orqanları indi İsraillə döyüşmək niyyətində deyil. Lakin o, ölkə ərazisində Təl-Əviv qoşunlarının olmasını qəbuledilməz hesab edir.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Suriya   Tramp  





Xəbər lenti