"Avropa İttifaqının Sərhəd Yardım Missiyası bu gün fələstinlilərin və israillilərin tələbi ilə Rəfəh keçidinə yerləşdirilib. Mülki missiya Fələstinin sərhəd heyətinə dəstək vermək, sakinlərin tibbi yardım və s. ehtiyacla Qəzzadan köçürülməsinə kömək göstərmək məqsədi daşıyır. Eyni zamanda, İsrail ilə Fələstinin HƏMAS qruplaşması arasında ötən həftə imzalanan əsir və atəşkəs mübadiləsi üzrə sazişin qorunub saxlanmasına mühüm töhfə verəcək", - bəyanatda vurğulanır.
Quterreş: "Minlərlə uşaq müalicə üçün dərhal Qəzzadan çıxarılmalıdır" |
Bu gün Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş də Qəzzada könüllü çalışmış 4 ABŞ həkimi ilə görüşünün yekununda diqqətə çatdırıb ki, Qəzza zolağındakı 2500 uşaq bu, ya digər müalicə məqsədilə daha təhlükəsiz əraziyə köçürülməlidir.
Baş katiblə görüşən həkimlərdən biri, keçən il martın 25-dən aprelin 8-dək Qəzzada fəaliyyət göstərmiş kaliforniyalı travma cərrahı Firuz Sidva da jurnalistlərə açıqlamasında "Biz həkimlər mərkəzləşdirilmiş tibbi evakuasiyanın tərəfdarıyıq", söyləyib.
Firudin Həmidli
AzVision.az