"Təyyarə qəzasında ölənlərdən 3-nün Rusiya pasportu var" - Zaxarova

"Təyyarə qəzasında ölənlərdən 3-nün Rusiya pasportu var"    - Zaxarova
  31 Yanvar 2025    Oxunub:323
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ABŞ-də baş vermiş faciəvi təyyarə qəzasından danışıb.
TASS-ın yaydığı məlumata görə, o, brifinqdə deyib ki, qəzaya uğrayan təyyarədə həlak olan üç nəfərin Rusiya pasportu olub. Daha bir sərnişinlə bağlı məlumatlar isə yoxlanılır.

Qəzaya düşən təyyarədə rusiyalı dünya çempionları da olub
Xatırladaq ki, dünən Vaşinqtonda uçuş-enmə zolağına yaxınlaşan sərnişin təyyarəsi “Black Hawk” helikopteri ilə toqquşub.
Qəzadan sonra təyyarə hava limanının yaxınlığında olan Potomak çayına düşüb. Təyyarə Kanzas ştatının Viçita şəhərindən uçuş həyata keçirirmiş. İnsidentdən sonra Reyqan hava limanında bütün uçuşlar və enişlər 31-nə kimi dayandırıldı. Artıq çaydan 40-a yaxın meyit aşkarlanıb.

“American Airlines” Reyqan hava limanı yaxınlığında qəzaya uğrayan təyyarənin göyərtəsində 60 sərnişin və 4 ekipaj üzvünün olduğunu açıqlayıb.


Tural Tağıyev
AzVision.az



Teqlər:   Qəza   Zaxarova  





Xəbər lenti