Xırdalan şəhərinə yeni yollar çəkiləcək

Xırdalan şəhərinə yeni yollar çəkiləcək
  30 Yanvar 2025    Oxunub:315
M-4 Bakı−Şamaxı−Yevlax avtomobil yolunu Xırdalan şəhərinin mərkəzi ilə birləşdirmək üçün müxtəlifsəviyyəli yol ötürücüsü tikiləcək”.

AzVision.az APA-ya istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda əksini tapıb.

Dövlət Proqramına əsasən, AAYDA RİNN, İN, MN, DİN, ETSN, DŞAK, BŞİH, NƏŞ ilə birlikdə 2025-2030-cu illərdə yol qovşağının istismara verilməsini təmin etməlidir.

Eyni zamanda proqrama əsasən, Xırdalan şəhərinin M-1 Bakı-Quba Rusiya Federasiyası ilə dövlət sərhədi və M-4 Bakı−Şamaxı−Yevlax avtomobil yolları ilə əlaqələndirməsini təmin etmək məqsədilə avtomobil yolları şəbəkəsi təkmilləşdiriləcək. 2025−2026-cı illərdə AAYDA RİNN, İN, MN, DİN, ETSN, DŞAK, BŞİH, NƏŞ tərəfindən yol şəbəkəsi istismara veriləcək.

Həmçinin Dövlət Proqramında qeyd edilib ki, M-4 Bakı-Şamaxı−Yevlax avtomobil yolunu M-1 Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 16-cı kilometri (“VAZ dairəsi”) ilə Xırdalan şəhərinin Həsən Əliyev küçəsi vasitəsilə əlaqələndirmək üçün yol ötürücüsünün tikintisi və istismara verilməsi 2025-2030-cu illərdə təmin ediləcək. AAYDA və RİNN, İN, MN, DİN, ETSN, DŞAK, BŞİH, NƏŞ tərəfindən 2030-cu ilə kimi yolötürücüsü istismara veriləcək.

AzVision.az



Teqlər:





Xəbər lenti