Rusiyada terroçu məhv edilib - VİDEO

   Rusiyada terroçu məhv edilib   - VİDEO
  03 Mart 2025    Oxunub:440
Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları Moskva vilayətində sinaqoqda və Moskva metrosunda terror aktları hazırlayan terrorçu təşkilatın üzvünü zərərsizləşdirib.
AzVision.az xəbər verir ki, FTX-nin yaydığı məlumatda Moskva vilayətində Orta Asiya regionu ölkələrindən birində doğulmuş və hazırda Rusiya vətəndaşı olan, Rusiyada fəaliyyəti qadağan edilmiş beynəlxalq terror təşkilatının üzvünin terror fəaliyyətinin qarşısının alındığı bildirilir.

“Terrorçu Moskva vilayətindəki yəhudilərin dini müəssisəsində və Moskva metro stansiyalarından birində əldəqayırma partlayıcı qurğuları işə salmaq niyyətində olub. Hücumlardan sonra terrorçu Əfqanıstana getməyi planlaşdırıb. Cinayətkar həbs zamanı FTX əməkdaşlarına silahlı müqavimət göstərib və nəticədə cavab atəşi ilə zərərsizləşdirilib”, - məlumatda deyilir.

İstintaq tədbirləri zamanı onun yaşadığı ünvanda odlu silah və onun komponentləri, kimyəvi maddələr və partlayıcı qurğuların yığılması üçün sursat aşkarlanıb.

Rusiya Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə məsələ ilə bağlı cinayət işi açılıb.



Sahil İsgəndərov
AzVision.az


Teqlər: Rusiya   terrorçu   məhv  





Xəbər lenti