“Oskar”ın qalibləri bəlli oldu

 “Oskar”ın qalibləri bəlli oldu
  03 Mart 2025    Oxunub:585
ABŞ-ın Los-Anceles şəhərində keçirilən mərasimdə “Oskar 2025” mükafatının qalibləri açıqlanıb.
“Anora” filmi “Ən yaxşı film”, filmin rejissoru Şon Beyker isə “Ən yaxşı rejissor” nominasiyası üzrə qalib olub. “Ən yaxşı aktyor” nominasiyasında “Brutalist” filminin aktyoru Adrien Brodi və “Ən yaxşı aktrisa” nominasiyasında Mayki Medison qalib seçilib. Zoi Saldana “Emiliya Peres" filminə görə “Ən yaxşı ikinci dərəcəli aktrisa”, Kiran Kalkin isə “Əsl ağrı” filminə görə “Ən yaxşı ikinci dərəcəli aktyor” seçilib.

97-ci “Oskar” mükafatlandırma mərasimi Hollivudun “Dolby” Teatrında keçirilib.

AzVision.az


Teqlər:





Xəbər lenti