Ukraynada döyüşən daha bir müqəddəs ata öldürüldü

Ukraynada döyüşən daha bir müqəddəs ata öldürüldü
  05 Mart 2025    Oxunub:480
“Tver” çağırış nişanı ilə tanınan ieromonk Konstantin Ukraynadakı cəbhə bölgəsində üç il xidmət apardı. O, sonda faciəvi şəkildə öldü.
Bu barədə Vkontakte-də məşhur səhifələrdən olan "Sinodik" məlumat yayıb.

Rusiyaya qarşı döyüşən keşiş öldürüldü
Qeyd edilib ki, keşiş knyaz Aleksandr Nevski adına Könüllü Hücum Dəstəsində öz vəzifəsini yerinə yetirirmiş.

"Konstantin ata öz xidməti zamanı birlik və etiraf mərasimlərini yerinə yetirərək əsgərlərə mənəvi dəstək verirmiş. Bundan əlavə, o, yaralı və xəstə əsgərlərə də yardım göstərən həkim kimi xidmət aparıb. Təəssüf ki, keşiş 42 yaşında döyüş meydanından kənarda olarkən dünyasını dəyişdi",- paylaşımda yazılıb.

Fevralın sonunda Stavropol və Nevinnomıskiy mitropoliti Kirill bəyan etmişdi ki, pravoslav kahinlər xüsusi missiyalar çərçivəsində döyüş zonasına təxminən 4,5 min dəfə baş çəkiblər: "Bu gün 2 min keşiş xüsusi hərbi əməliyyat zonasına(SVO-Rusiyanın Ukrayna müharibəsinə verdiyi ad-red.) 10 gündən 2 aya qədər, və ya altı aya kimi gedib qala bilirlər. Bəziləri artıq 2 illik müqavilə bağlayıblar. Ümumilikdə isə 4,5 min ezamiyyəti tamamlanıb".

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Keşiş  





Xəbər lenti