Kəmaləddin Heydərov və Eldar Əzizov yanğın yerinə gedib

   Kəmaləddin Heydərov və Eldar Əzizov yanğın yerinə gedib
  05 Mart 2025    Oxunub:532
Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Neft Emalı Zavodunun ərazisində baş vermiş yanğın yerinə gedib.
Zavod ərazisindəki yanğın söndürülüb I YENİLƏNİB - 2
Qeyd edək ki, martın 5-də Bakı şəhəri, Nizami rayonunda yerləşən Neft Emalı Zavodunun ərazisində yanğın başlayıb. Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri, polis əməkdaşları, təcili tibbi yardım briqadaları cəlb olunub.

Eyni zamanda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Monitorinq Mərkəzinin mütəxəssisləri yanğınla bağlı atmosfer havasında monitorinq-ölçmə işlərinin aparılması üçün əraziyə yollanıb. Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

AzVision.az


Teqlər:  





Xəbər lenti