AzVision.az xəbər verir ki, “Politico” nəşri Trampın Konqresdəki çıxışında Zelenskidən “vacib məktub” aldığını, orada ABŞ-yə Ukraynaya göstərdiyi dəstəyə görə təşəkkür etdiyini və “davamlı sülhə nail olmaq üçün prezident Trampın güclü rəhbərliyi altında” çalışacağını vəd etdiyini bildirib.
Qəzet iddia edir ki, Tramp Ukrayna prezidentinə yanaşmasında əhəmiyyətli dəyişiklik olan mesajı yüksək qiymətləndirdiyini deyib.
“Bu bəyanat əvvəllər Oval kabinetdə Zelenski, Tramp və vitse-prezident Cey Di Vens arasında kəskin münaqişə yaranan insidentdən fərqli idi. Məhz həmin görüşdən sonra ABŞ Ukraynaya bütün hərbi yardımı dayandırıb”, - “Politico” yazır.
Bundan əlavə, Tramp Zelenskinin nadir torpaq metalları üzrə saziş bağlamağa razılaşdığını, Kiyev isə müqavilənin “ABŞ üçün əlverişli vaxtda” imzalana biləcəyini qeyd edib.
Sahil İsgəndərov
AzVision.az