Bu yolda dəyişiklik edilir

Bu yolda dəyişiklik edilir
  05 Mart 2025    Oxunub:518
Bu gündən paytaxtın Üzeyir Hacıbəyli küçəsində yol hərəkətində dəyişiklik edilir.
Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ) və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) birgə yaydığı məlumatda bildirilib. Dəyişikliklə Yusif Səfərov küçəsi ilə hərəkət edən nəqliyyat vasitələri Ü.Hacıbəyli küçəsinin sağ kənar yoluna daxil olduqda yolun mərkəz hissəsinə daxil ola bilməyəcəklər.

Bununla da hərəkəti düz davam edib sağa Nizami küçəsinə yönələcəklər. Həmin ərazidə yerləşən yeraltı parkinqdən çıxan avtomobillər isə birbaşa Ü.Hacıbəyli küçəsinin mərkəz yoluna daxil ola biləcəklər. Sözügedən ərazidə müvafiq nişanlar quraşdırılacaq.

Yol hərəkətinin təşkilində edilən dəyişiklik Ü.Hacıbəyli küçəsində yarana biləcək sıxlıqların qarşısının alınması, ümumi istifadədə olan nəqliyyat vasitələrinin rahat və fasiləsiz hərəkətinin təmin edilməsi məqsədilə həyata keçirilir.



AzVision.az



Teqlər:





Xəbər lenti