D-8 Azərbaycanın təşkilatın inkişafına fəal töhfə verəcəyinə ümid edir

D-8 Azərbaycanın təşkilatın inkişafına fəal töhfə verəcəyinə ümid edir
  05 Mart 2025    Oxunub:481
D-8 İqtisadi Əməkdaşlıq Təşkilatı Azərbaycanın üzv dövlətlər arasında ticarət, nəqliyyat, enerji, turizm, kənd təsərrüfatı və gənclər siyasəti də daxil olmaqla strateji əhəmiyyətli sahələrdə əməkdaşlığın inkişafına mühüm töhfə verəcəyinə əminliyini ifadə edir.
Bu barədə D-8-in “X” sosial şəbəkəsindəki hesabında təşkilatın baş katibi İsiak Əbdülqadir İmamla Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında keçirilən görüşün yekunlarına dair paylaşım edilib.

Qeyd olunub ki, görüşdə XİN başçısı bir daha təsdiqləyib ki, Azərbaycan D-8-in məqsədlərinə nail olması üçün işinə töhfə verməyə sadiqdir.

"Nazir enerji, iqlim, nəqliyyat, gənclər və KİV sektorlarında dərhal həyata keçirilə biləcək bir neçə mühüm istiqamət müəyyən edib", - məlumatda qeyd edilib.

AzVision.az



Teqlər:





Xəbər lenti