Qırğızıstanda kütləvi həbslər - Video

“Antiterror əməliyyatı çərçivəsində DMTK Qırğızıstan ərazisində fəaliyyəti beynəlxalq terror təşkilatının xarici mərkəzləri tərəfindən koordinasiya edilən firqə terror təşkilatının 30 tərəfdarını saxlayıb”, - açıqlanan məlumatda deyilir.
Xüsusi xidmət orqanından bildirilib ki, gizli görüşlər keçirən və radikal ideologiyanı təbliğ edən saxlanılmış şəxslər terror fəaliyyətini maliyyələşdirmək üçün pul yığıblar. Saxlanılanlardan birində partlayıcı qurğunun hazırlanmasını öyrədən video tapılıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları müəyyənləşdiriblər ki, qruplaşmanın əsas məqsədi Qırğızıstanın konstitusiya sisteminə qarşı “cihad” etmək, məmurlara və kəşfiyyatçılara qarşı terror aktları planlaşdırmaq olub.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Qırğızıstan "cihad" həbslər