Kiyev Moskvaya müraciət edib

   Kiyev Moskvaya müraciət edib
  05 Mart 2025    Oxunub:491
Rusiya müharibəni bitirmək üçün səmimi niyyətini əməldə təsdiqləməlidir.
AzVision.az xəbər verir ki, Ukrayna prezidenti ofisinin rəhbəri Andrey Yermak belə paylaşım edib.

“Əgər Rusiya həqiqətən də hərbi əməliyyatları dayandırmağa çalışırsa, o, Ukraynanı gündəlik atəşə tutmağı dərhal dayandırmalıdır”, - Yermak öz Telegram-kanalında yazıb.

Tramp: “Zelenski danışıqlara hazırdır”
Qeyd edək ki, Yermakın bu bəyanatı Ukrayna prezidenti Volodimir Zelenskinin sosial şəbəkədə ABŞ prezidenti Donald Trampın “güclü rəhbərliyini” tərifləyərək Kiyevə hərbi yardıma görə minnətdarlığını bildirməsi və onların mübahisəsini “qıcıqdoğuran” hadisə adlandırmasından sonra gündəmə gəlib.

Zelenski Trampla “danışıq masası arxasına oturmağa” və mineral ehtiyatlar üzrə saziş imzalamağa hazır olduğunu, dənizdə və havada atəşkəsi dəstəkləyəcəyini bildirib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Yermak   Moskva   çağırış  





Xəbər lenti