Emənistan Rusiya bayraqlarından “qurtulur”

   Emənistan Rusiya bayraqlarından “qurtulur”
  03 Fevral 2025    Oxunub:384
Rusiya əsgərlərinin xidmət etdiyi Ermənistan-İran sərhədində Rusiya bayraqları götürülüb.
AzVision.az xəbər verir ki, erməni jurnalist Tatul Akopyan belə məlumat yayıb.

“Aqarağa gedən yolda, eləcə də Araz çayının sahili ilə Şvanidzora gedən yolda bir dənə də olsun Rusiya bayrağı yoxdur. Sonuncu dəfə təxminən ay yarım əvvəl burada olmuşdum və rus üçrənglilərini görmüşdüm. Başa düşdüyümə görə, Ermənistan-İran sərhəd dirəklərindən Rusiya bayraqları götürülüb və yalnız erməni bayraqları qalıb”, - Akopyan yazıb.

Lakin o, deyib ki, Şvanidzordan İrəvana aparan magistral yoluna dönüb Nrnadzora getmədiyi üçün digər erməni-rus müştərək postlarında da Rusiya bayraqları götürülüb-götürülmədiyini bilmir.

Qeyd edək ki, son zamanlar Moskvanın xəbərdaqlıqlarına rəğmən, ABŞ və Avropa İttifaqı (Aİ) ilə münasibətləri əhəmiyyətli dərəcədə sıxlaşdıran rəsmi İrəvan vaxtaşırı İran-Ermənistan sərhədindən, ümumiyyətlə, Rusiyanın Sərhəd Xidməti qoşunlarının çıxarılması məsələsini gündəmə gətirir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Rusiya   Ermənistan   bayraqlar  





Xəbər lenti