XİN Pakistana başsağlığı verib

XİN Pakistana başsağlığı verib
  03 Fevral 2025    Oxunub:361
Azərbaycan Xarici İşlər Nazirliyi Pakistanda baş verən terror aktı ilə bağlı paylaşım edib.
AzVision.az xəbər verir ki, nazirlik bu barədə rəsmi "X" sosial media hesabında yazıb.

Paylaşımda Pakistanla həmrəylik qeyd olunub:

"Pakistan İslam Respublikasının Bəlucistan əyalətindəki terror aktı xəbəri bizi dərindən kədərləndirdi. Düşüncələrimiz və dualarımız qurbanların ailələri ilə birlikdədir, bu çətin zamanda Pakistanla həmrəyik. Terrorizmin dağıdıcı təsiri ilə üzləşmiş Azərbaycan bu təhlükəyə qarşı bütün səyləri dəstəkləməyə tam sadiqdir".

Qeyd edək ki, Pakistanın Bəlucistan əyalətində baş verən silahlı insidentlər zamanı 18 pakistanlı hərbçi həlak olub, 23 yaraqlı isə zərərsizləşdirilib.

AzVision.az



Teqlər: XİN  





Xəbər lenti