Bu il tarixdə ən isti illərdən biri ola bilər

Bu il tarixdə ən isti illərdən biri ola bilər
  03 Fevral 2025    Oxunub:425
2025-ci ilin planetin ən isti illəri arasında olması şansı yüksəkdir və onun ilk üç və ya beşlikdə yer ala bilməsi ehtimalı var.
AzVision.az xəbər verir ki, Rusiyanın Hidrometeorologiya Mərkəzinin elmi direktoru Roman Vilfand yerli mətbuata açıqlamasında bəzi proqnozlara görə, Yer kürəsinin tarixində ən isti il kimi bu ilin hətta ikinci mövqeni tuta biləcəyini də qeyd edib. Bununla belə, Vilfand bu məlumatlara hələlik ehtiyatla yanaşmağa çağırıb, çünki daha dəqiq hesablamalar ilin ortalarına yaxın məlum olacaq.

Onun sözlərinə görə, hətta La-Ninya soyuq mərhələsi də atmosfer proseslərinə ciddi təsir göstərməyəcək.

Əvvəllər Tula ekzotariumunda gümrah halda yemək qabına yaxınlaşan gəmirici marmot isə öz hərəkəti ilə isti və erkən yaz olacağını proqnozlaşdırıb.

Yeri gəlmişkən, Avropa İttifaqının (Aİ) “Copernicus” İqlim Dəyişikliyi Xidmətinin (C3S) peyk monitorinqi sisteminin məlumatlarına əsasən, 2024-cü ilin “ən isti il” olması ilə bağlı proqnoz təsdiqlənib. Qurumun direktor müavini Samanta Bercess 2024-cü ilin qlobal temperatur artımının ilk dəfə 1,5 dərəcəni keçdiyini bildirib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   istilik   maksimum  





Xəbər lenti