Rusiya və Türkiyə XİN rəhbərləri Suriyadakı vəziyyəti müzakirə ediblər
Nazirlikdən bildirilib ki, tərəflər Suriya və onun ətrafında vəziyyətin inkişafı ilə bağlı fikir mübadiləsi aparıblar.
Məlumata əsasən, nazirlər Suriyanın suverenliyinə, birliyinə və ərazi bütövlüyünə qeyd-şərtsiz hörmət prinsipləri əsasında ölkədə hərtərəfli nizamlanmanın təşviqi maraqları naminə beynəlxalq səylərin birləşdirilməsinin vacibliyini vurğulayıblar.
Qeyd olunub ki, nazirlər Suriya məsələsi və digər aktual regional və beynəlxalq məsələlərlə bağlı yaxın təmasda qalmaq barədə razılığa gəliblər.
AzVision.az
Teqlər: