"Şübhəsiz ki, ticarət baxımından hansısa hücuma məruz qalsaq, Avropa İttifaqı əsl güc kimi özünü qoruyub reaksiya verəcək. İndi avropalılar Rusiyanın Ukraynada apardığı müharibə ilə yanaşı Tramp hökumətinin qərarları qarşı da sıx birləşdirməlidirlər", - o vurğulayıb.
Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas da Donald Trampın sözügedən qərarına özünəməxsus reaksiya bildirib. O da Brüsseldə jurnalistlərə açıqlamasında ""ABŞ ticarət müharibəsinə başlayarsa, şübhəsiz ki, bu müharibədən yalnız Çin qalib çıxacaq" deyib.
"Biz (ABŞ və Avropa - red.) bir-birimizə çox bağlıyıq. ABŞ-nin bizə, bizim də ABŞ-yə ehtiyacımız var. Artan tariflər xərcləri artıracaq. Bu həm ölkələrin iqtisadiyatı üçün, həm də müştərilər üçün yaxşı hal deyil", - xanım diplomat söyləyib.
Tramp “tarif müharibələri”nə başladı |
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp Kanada, Meksika və Çindən idxal məhsullarına əlavə rüsum tətbiqi barədə ötən gün üç sərəncam imzalayıb. Sərəncamlara əsasən, Kanada və Meksika məhsullarına 25%, Çin məhsullarına isə 10% gömrük tarifləri qoyulacaq.
Firudin Həmidli
AzVision.az