Görüşün yekununda İsrailin bu həftə sonu danışıqların vasitəçi tərəflərindən biri Qətərə nümayəndə heyəti göndərəcəyi bildirilib.
"Heyət sazişin icrasının növbəti mərhələsi ilə əlaqədar texniki detalları aydınlaşdıracaq", - İsrail Baş nazirinin ofisi diqqətə çatdırıb.
Benyamin Netanyahunun Prezident Donald Trampla görüşü isə sabah baş tutacaq. Tramp ötən gün jurnalistlərə açıqlamasında gözlənilən görüşü "böyük görüş" kimi qiymətləndirib.
Netanyahu ABŞ-yə gedib |
Xatırladaq ki, İsrailin hökumət başçısının ABŞ-yə gözlənilən səfəri barədə ötən həftə yerli mətbuatda xəbərlər yayılırdı. Bu səfərin əvvəlcə 3-5 fevral aralığında reallaşacağı diqqətə çatdırılırdı. Yanvarın 28-də isə Donald Tramp Vaşinqtona səfərlə əlaqədar Netanyahuya şəxsən dəvət göndərib. Beləliklə, dünən ABŞ-yə yollanan Benyamin Netanyahu Ağ Evdə Trampın qəbuluna gələn ilk xarici liderdir.
Firudin Həmidli
AzVision.az