Polis saxta araq bağlayan dəstəni ifşa etdi

Polis saxta araq bağlayan dəstəni ifşa etdi
  04 Fevral 2025    Oxunub:260
Balakəndə polis əməkdaşları tərəfindən saxta spirtli içkilər hazırlayaraq satışnı təşkil edən dəstə üzvlərinə qarşı əməliyyat keçirib.
AzVision.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Əməliyyat zamanı əməli törətməkdə şübhəli bilinən 5 nəfər müəyyən olunub.

Onlara məxsus Balakən, Zaqatala, Qax və Masazır qəsəbəsində yerləşən saxlanc yerlərinə baxış keçirilərkən xeyli sayda saxta spirtli içkilər, yerli və xarici əmtəə nişanı etiketləri, qapaqlar, qidada istifadəsi nəzərdə tutulmayan texniki spirt, eləcə də digər avadanlıqlar aşkarlanıb. Əməliyyatlar davam etdirilir.

AzVision.az



Teqlər:





Xəbər lenti