“Tosuncuk”a 45 min il həbs cəzası verildi

“Tosuncuk”a 45 min il həbs cəzası verildi
  03 Fevral 2025    Oxunub:415
Türkiyədə “Çiftlik Bank” kimi tanınan sistemin qurucusu olduqları iddiası ilə həbs olunan “Tosuncuk” ləqəbli Mehmet Aydın və qardaşı Fatih Aydının hər biri 45 min 376 il 6 ay həbs cəzasına məhkum edilib.
AzVision.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, qardaşların da olduğu 5 məhbus müttəhim Anadolu 6-cı Ağır Cəza Məhkəməsində baxılan 5 ayrı işin qərar iclasına aparılıb.

Həmçinin Mehmet və Fatih Aydına 496 milyon 64 min lirə məhkəmə cəriməsi kəsilib və bu cərimənin 24 aylıq hissələrlə ödənilməsinə qərar verilib.

Qeyd edək ki, Türkiyədə 100 mindən çox şəxsin dələduzluq edərək pulunu mənimsəyən Mehmet Aydın Braziliyada polisə təslim olmuşdu.

AzVision.az



Teqlər:





Xəbər lenti