USAID-in ən gülünc xərclərinin siyahısı açıqlanıb |
“Joğovurd” qəzeti bu məsələ ilə bağlı Söz Azadlığının Müdafiəsi Komitəsinin sədri Aşot Melikyana müraciət edib. Yeri gəlmişkən, Komitə məlum agentlik tərəfindən maliyyələşdirilən qrant proqramı da həyata keçirib. Melikyan qeyd edib ki, hazırda bu mövzu ilə bağlı ziddiyyətli məlumatlar var.
"Mən USAİD ofisi adına danışa bilmərəm, onlar belə özləri heç nəyi şərh etmirlər. Biz də qrant almışıq. Lakin yanvarın 25-də "Internyus Armeniya" bizə proqramın 90 gün müddətinə dayandırıldığını bəyan etdi", - Melikyan gileylənib.
Aşot qeyd edib ki, gələcəkdə nələrin baş verəcəyi ilə bağlı dəqiq informasiya yoxdur və proqramın davam edib-etməyəcəyi də məlum deyil. ABŞ Prokurorluğu qərarın qanunsuz olduğunu və məhkəmədə baxılmalı gərəkdiyini bildirərək hakimlərə hesabat təqdim edib.
“ANİ” Erməni Araşdırmalar Mərkəzinin koordinatoru Tatul Akopyan da Ermənistan vətəndaş cəmiyyəti və mediası üçün çətin vəziyyətin yarandığını etiraf edib.
"Civilnet" media platforması da USAİD-in dotasiyalarına arxalanırdı. Civilnet-in məlumatına görə, Ermənistanda media və təhsil proqramlarının hazırlanması ilə məşğul olan bir çox KİV və QHT Dövlət Departamentindən layihələr üçün vəsait alır. Onların arasında məşhur “Hetq” də var.
USAID Ermənistanda 1992-ci ildə fəaliyyətə başlayıb və 2005-ci ilə qədər yalnız humanitar yardımlar göstərib. Agentlik 2013-cü ildə dövlətlə birbaşa əməkdaşlığa keçib.
Xatırladaq ki, bundan əvvəl ABŞ prezidenti Donald Tramp dəfələrlə USAİD-i tənqid edərək, qurumun amerikalı vergi ödəyicilərinin pullarını Amerikanın maraqlarına uyğun gəlməyən layihələrə xərclədiyini vurğulayıb.
Tural Tağıyev
AzVision.az