Obama və Putin görüşəcəklər

Obama və Putin görüşəcəklər
  16 Aprel 2013    Oxunub:1081
Rusiya və ABŞ prezidentlərinin sentyabrda görüşü planlaşdırılıb
Rusiya prezidenti Vladimir Putin və Amerika Birləşmiş Ştatları prezidenti Barak Obamanın sentyabrda görüşü planlaşdırılıb.

Bu barədə prezidentin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Tom Donilon bildirib. Moskvada Putinlə bir araya gələn Donilon görüş üçün Vaşinqtonun bütün tədbirləri gördüyünü qeyd edib.

Görüş barədə məlumat bir qədər sonra Rusiya tərəfindən də təsdiqlənib. Bildirilib ki, iki lider Rusiyada baş tutacaq Böyük səkkizliyin sammitində görüşəcək.

Bu arada tərəflər arasında daha bir görüş iyunda İrlandiyada baş tutacaq. Lakin bu görüş qeyri-rəsmi olacaq.

Səbinə Həsənova
AzVision.az



Teqlər:





Xəbər lenti