İrəvani: İsrail İranı ittiham edərək məsuliyyətdən yayına bilməz
“Bu aparteid rejimi Qəzzada dinc əhaliyə qarşı davam edən cinayətləri nəticəsində günahsız insanların faciəli şəkildə itkisinə görə məsuliyyət daşıyır. İsrail rejiminin nümayəndəsi məktubunda İrana qarşı əsassız iddialarını təkrarlayaraq, beynəlxalq ictimaiyyətin diqqətini müharibə cinayətləri və insanlığa qarşı cinayətlərdən yayındırmaq üçün İranı regional müharibəni qızışdırmağa yönəlmiş siyasətlərdə ittiham edir. Yalandan İranı ittiham etməklə məsuliyyətdən yayına bilməz”, - İrəvani bildirib.
AzVision.az