Belarus ovçularına çağırış: Vətənin müdafiəsinə hazır olun!
“SB. Belarus seqodnya" yazır ki, söhbət mümkün təhlükələrdən gedir: “Xidmətə çağırılmayan ovçular dövləti qorumaq üçün lazım olan hər hansı fəaliyyətdə iştirak edəcəklər”.
BOOR sədri qeyd edib ki, "Bu məsələdə heç bir istisna olmayacaq".
Onun sözlərinə görə məlum cəmiyyətin üzvləri müasir avadanlıqlara və müxtəlif optik alətlərə, o cümlədən termal görüntülərə malikdirlər. Şuneviç xüsusi olaraq vurğulayıb ki, "silahı olan hər kəs anlayır ki, o, ölkəni müdafiə etməli olacaqlar".
Cəmiyyətin sədri əlavə edib ki, bu gün 32 mindən çox ovçu və 40 minə yaxın balıqçı BOOR-un üzvüdür.
Tural Tağıyev
AzVision.az
Teqlər: Belarus