Borrell İsrailə səfər edəcək
Diplomatın girovların ailələri, həmçinin İsrail prezidenti İsaak Hersoq və xarici işlər naziri Eli Koenlə görüşmək niyyətində olduğu qeyd edilir.
Portalın məlumatına görə, 2022-ci ildə İsrail Borrelin ölkəyə səfər etmək xahişlərini rədd edib.
“Politico” qəzeti yazıb ki, Qəzza zolağında humanitar fasilə ilə bağlı Aİ liderləri arasında əsas konsensusun mövcudluğu barədə Borrelin bəyanatlarına görə avropalı diplomatlar özlərinə haqq qazandırmalı və üzr istəməli olublar.
Oktyabrın 7-də HƏMAS "Əl-Əqsa tufanı" əməliyyatına başladığını elan etməsivə Qəzza zolağından minlərlə HƏMAS yaraqlısının İsrailə keçməsindən sonra Yaxın Şərqdə vəziyyət gərginləşib. Buna cavab olaraq İsrailin baş naziri Benyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu açıqlayıb.
AzVision.az
Teqlər: