BMT-nin Qəzzadakı binasına bomba düşüb
“Dünən Qəzza zolağının cənubunda yerləşən Rəfahdakı UNRWA-nın qonaq evi İsrail qüvvələrinin dəniz bombardmanı nəticəsində üç zərbə alıb”, - məlumatda bildirilir.
Qeyd edilir ki, bu bina son bir ayda BMT-nin zədələnmiş 60 obyektindən biridir.
UNRWA onu da vurğulayıb ki, məlum zərbə Qəzza zolağında heç bir yerin təhlükəsiz olmadığının daha bir sübutudur.
Tural Tağıyev
AzVision.az