BMT-də “İranda azlıqların təqibinə qarşı mübarizə” iclası keçirilib
“Hrana” agentliyinin məlumatına görə, görüşün əvvəlində “təhlükəsizliklə bağlı çətinliklərə baxmayaraq, birbaşa fikirlərini İran daxilindən söyləyən cəsur iranlı insan haqları müdafiəçilərinin” mesajları iclas iştirakçılarına çatdırılıb. Həmçinin İranda azlıqlara qarşı repressiyaların artması probleminə toxunulub.
“Beynəlxalq ictimaiyyət İrandakı azlıqların problemləri ilə məşğul olmaq üçün səylərini ikiqat artırmalıdır” , - bəyantada deyilir.
Qeyd edək ki, 2022-ci ildə “Qadın, Həyat, Azadlıq” hərəkatı kimi tarixə düşən ümumxalq etirazlarından sonra müxtəlif təbəqələrə, ictimai-siyasi qruplara qarşı repressiyaların güclənməsi ilə eyni vaxtda ölkədə dini və etnik azlıqlar qarşı da geniş çağırış dalğası, həbslər və ağır cəzalar verilməyə başladı.
Dünya Bəhai icması oktyabrın 26-da İranda bu dini azlığa qarşı artan təzyiq dalğasının davamı kimi, son günlər İsfahan və Yəzd kimi şəhərlərdə onlara 36 hücumun baş verdiyini və 16-sı qadın olmaqla 26 bəhainin ümumilikdə 126 il həbs cəzasına məhkum edildiyini bildirib.