"Bizim Ermənistanda bir çox siyasi qüvvələrlə çox yaxşı münasibətlərimiz var. Ona görə də fikrimcə, bunlar müvəqqəti hadisələrdir. Lakin istənilən halda Ermənistan Rusiya, Belarus və KTMT-nin yanında olacaq", - Bordyuja Belarus telekanalı olan STV-yə müsahibəsində deyib.
Ermənistan KTMT-ni dağıdır | TƏHLİL |
“Mən sadəcə olaraq belə bir gələcəyi təsəvvür edə bilmirəm. Çünki Ermənistan Rusiyaya nəinki iqtisadi cəhətdən inteqrasiya olunub, bu ölkədə çoxlu sayda, bir neçə milyon erməni yaşayır”, - KTMT-nin keçmiş baş katibi bildirib.
Qeyd edək ki, rəsmi İrəvan Ermənistan KTMT -dən çıxmaq niyyətində olmadığını dəfələrlə bəyan edib. Amma eyni zamanda parlamentin spikeri Alen Simonyan və baş nazir Nikol Paşinyan “ola bilsin ki, KTMT Ermənistanı tərk etsin” fikrini dolayısı ilə təkrarlayıblar.
Ötən ay isə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Vaşinqton və Brüsselin İrəvanı KTMT-dən çıxmağa və NATO ilə əməkdaşlığı sürətləndirməyə inandırdığını demişdi.
Tural Tağıyev
AzVision.az