“Maqnitski siyahısı” qarşıdurmaya çevrildi

“Maqnitski siyahısı” qarşıdurmaya çevrildi
  15 Aprel 2013    Oxunub:1635
Birləşmiş Ştatlar nəhayət ki, qalmaqallı “Maqnitskiy sihası”nı açıqladı. Məlum olduğu kimi, 18 rus məmurunun adı siyahıya qara hərflərlə yazıldı. Buna rəsmi Moskvanın cavabı simmetrik olsa da çox güman ki, birdəfəlik olmayacaq. Belə ki, Ağ ev administrasiyası açıq-aşkar bildirir ki, “ Maqnitskiy siyahı”sı üzərində araşdırmalarını davam etdirir və insan hüquqlarını tapdalayan daha bir neçə məmurun adının da qara siyahıya düşəcəyi gözlənilir. Bu isə Rusiya ilə ABŞ arasında Maqnitskiy müharibəsinin hələ bir müddət davam edəcəyini deməyə imkan verir.

O ki qaldı müharibənin başlamasına, Moskvanın ABŞ-a cavabı özünü çox gözlətmədi. Ötən şənbə günün axşamı Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin saytında “Maqnitski”yə cavab olaraq Rusiyaya səfəri qadağan edilən Amerika məmurlarının siyahısı peyda oldu.

Həmin siyahıya ABŞ-ın Quantanamo hərbi bazasının iki keçmiş komandanı, administrasiyanın keçmiş rəhbəri vitse-prezident Dik Çeyni və Ədliyyə Nazirliyinin yüksək vəzifəli əməkdaşının adı daxil edilib. Bununla yanaşı sənəddə məhkəmələrin, prokurorluq əməkdaşlarının, ABŞ Xüsusi Xidmət Orqanın Narkomaniya ilə Mübarizə İdarəsinin, Rusya vətəndaşları Viktor But və Konstantin Yaroşenkonun işində əli olanların adları da hallanır.

ABŞ Rusiyanın bu addımından məyus olsa da, Moskva cavabının kifayət qədər sərt olacağını əvvəlcədən bəyan etmişdi. Adının açıqlanmasını istəməyən Dövlət Departamentinin əməkdaşı bildirir: “ Siyahıya qarşı normal münasibət simmetrik cavablardan ibarət bir oyun olmamalıdır. Əksinə Maqnitskinin qətli hərtərəfli araşdırılmalı və cavabdeh şəxslər məsuliyyətə cəlb edilməlidirlər”.

Bir sözlə Ağ ev etiraf edir ki, “Maqnitskiy siyahısı” yaxın gələcəkdə Rusiya ilə münasibətləri korlaya bilər. “ Siyaha sərt reaksiya veriləcəyi bizə bəlli idi, lakin qanunən onun açıqlanmasını təxirə sala bilməzdik”, -deyə ABŞ prezidentinin mətbuat katibi bildirib.

Bu arada, bu gün ABŞ prezidentinin milli təhlükəsizlik üzrə məsləhətçisi Tom Donilon Moskvaya iki günlük səfərə yola düşüb. Səfər Çərçivəsində tərəflərin raketdən müdafiə sistemi sahəsində əməkdaşlıq, Suriya məsələsi ilə bağlı nüvə arsenallarının azaldılması məsələsi müzakirə ediləcək.

Cənab Donionun Moskvaya Obamadan Vladimir Putinə özəl məktub gətirdiyi də istisna edilmir. Putinin mətbuat katibi Dmitriy Peskov bunu gizlətməsə də Donilonun Putinlə görüşəcəyi ilə bağlı məlumatı təsdiqləməyib: ”Əgər cənab prezidentin qrafiki imkan versə o Patruşev və Donilonu qəbul edəcək. Hələlik bir söz deyə bilmərəm”.

Qeyd edək ki, Donilonu qəbul etməməklə Putin təkcə “Maqnitski”nin yox, həm də Rusiya nümayəndəsi Nikolay Patruşevin ABŞ-a səfəri zamanı Obamanın ona münasibətinin də əvəzini çıxdığı bildirilir. Belə ki, Obamanın Patruşevlə Donilonun daışıqlarına yalnız bircə dəfə qoşulması Rusiyada birmənalı qaşılanmamışdı. Moskva iddia edir ki,bundan sonra Patruşev “Putinin cavabını” ABŞ-a aparanda onu mütləq Ağ Evin rəhbəri qəbul etməlidir.

Bir sözlə o vaxta kimi Rusiya ilə ABŞ arasındakı münasibətlərin daha da pisləşəcəyi gözlənilir. ABŞ hələ başqa “qara siyahılarını” da açıqlayacağını bəyan edir.

“ Bu birdəfəlik aksiya deyil”- deyə Ağ evin yüksək çinli məmurlarından biri qapalı brifinq zamanı qeyd edib. ABŞ administrasiyasına yaxın mənbələrdən biri isə yazır ki, “Maqnitskiy siyahısı”nın tam olaraq açıqlanmamasının səbəbi vaxt azlığıdır:

“ Qanuna görə, maliyyə sanksiyaları o zaman tətbiq edilə bilər ki, bu və ya digər şəxsin günahını sübut edən tutarlı dəlilər olsun. Ancaq əldə edilən bütün məlumatların yoxlanılması üçün yalnız 3 ay vaxt olub.”

Bu məlumatı konqresmen Makqovern də təsdiq edib. Məsələ ilə bağlı Administrasiya ilə məsləhətləşmələrin davam etdiyini deyən Makqovern deyib: ”Mənə bildirildi ki, araşdırmalar davam edəcək və kiminsə adının siyahıda olmamağı heç də həmin şəxsin günahsız olduğu anlamına gəlməməlidir”.

“Maqnitskiy siyahısı” üzərində işləri davam etdirəcəyini deyən senator Makkeyn isə bəyan edir ki, artıq yaxın bir neçə gündə N112-208 qanuna yeni əlavələr Konqresin müzakirəsinə veriləcək.

Senatorun sözlərinə görə, yeni dinləmələr, yüksək ehtimalla may ayının əvvəlində başlayacaq. O vaxta kimi isə Barak Obama “Putinin cavabını” ümumiyyətlə gözləməyə bilər.

Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti