Poroşenkonun andiçməsində kuryoz hadisə - VİDEO

Poroşenkonun andiçməsində kuryoz hadisə - VİDEO
  07 İyun 2014    Oxunub:966
Ukraynanın yeni seçilmiş prezidenti Pyotr Poroşenkonun bu gün keçirilən andiçmə mərasimində kuryoz hadisə baş verib.
AzVision.az virtualaz.org-a istinadən xəbər verir ki, mərasimdən az öncə Ali Radanın fəxri qarovul dəstəsinin üzvlərindən biri özünü itirərək əlindəki silahı yerə salıb. Bu kadrları “ТСН.Марафон” telekanalı yayımlayıb.

Süjetdən də göründüyü kimi, Poroşenko avtomobildən düşərək qırmızı xalçanın üzəri ilə Ali Radanın giriş qapısına tərəf gedir. Bu zaman fəxri qarovul dəstəsi üzvlərindən biri özünü bir anlığa itirərək əlindəki silahı təsadüfən yerə salır.

Andiçmə mərasimini işıqlandıran yerli jurnalistlər isə bu olayın rəmzi məna daşıdığını, bunun yeni prezidentin hakimiyyəti illərində Ukraynada hər kəsin silahı yerə qoyacağının əlaməti kimi yozulmalı olduğunu deyiblər.




Teqlər:  





Xəbər lenti