Tacikistanın xarici işlər naziri Azərbaycan səfirliyinə gedərək başsağlığı verib

   Tacikistanın xarici işlər naziri Azərbaycan səfirliyinə gedərək başsağlığı verib
  26 Dekabr 2024    Oxunub:417
Dekabrın 26-da Tacikistan Respublikasının xarici işlər naziri Sirociddin Muhriddin Azərbaycan Respublikasının Tacikistandakı səfirliyini ziyarət edib və “Azərbaycan Hava Yolları” aviaşirkətinin Bakı-Qroznı reysini yerinə yetirən təyyarəsinin qəzaya uğraması və sərnişinlərin həlak olması ilə əlaqədar səfirlikdə açılmış başsağlığı kitabına ürək sözlərini yazıb.
AzVision.az xəbər verir ki, bu barədə səfirlikdən məlumat verilib

Nazir, Tacikistan Respublikası hökuməti adından səfir Əlimirzamin Əskərova və həlak olan sərnişinlərin yaxınlarına dərin hüznlə başsağlığı verib, bütün xəsarət alanların tezliklə sağalmasını arzulayıb.


Teqlər:





Xəbər lenti