"Cari hadisələrdən nəticə çıxarmaq hələ tezdir. Müxtəlif amillərin təsiri nəticəsində vəziyyət istənilən anda hər iki tərəfin lehinə, ya əleyhinə dəyişə, gələcəkdə gözlənilməz hadisələr meydana gələ bilər", - o deyib.
Xatırladaq ki, Suriyada noyabrın 27-də silahlı müxalif qüvvələr Əsəd rejiminə qarşı genişmiqyaslı hücuma keçib. Müxaliflərin dekabrın 8-də paytaxt Dəməşqə girməsi nəticəsində prezident Bəşər Əsəd istefa verərək Moskvaya qaçıb. Hazırda ölkədə müvəqqəti keçid hakimiyyəti qurulub.
Firudin Həmidli
AzVision.az