Ukraynadan Rusiyaya NOTA

Ukraynadan Rusiyaya NOTA
  07 İyun 2014    Oxunub:839
Ukraynanın Xarici İşlər Nazirliyi Rusiyaya iki etiraz notası verib.
AzVision.az anspress-ə istinadən xəbər verir ki, Ukrayna Xarici İşlər Nazirliyi bu gün bu haqda açıqlama yayıb.

Xarici İşlər Nazirliyi notanı Rusiyanın Ukraynadakı müvəqqəti işlər vəkili Andrey Vorobyova təqdim edib. Ukrayna tərəfi verdiyi notada Ukrayna-Rusiya sərhədindəki pozuntu faktlarına görə Rusiya tərəfindən izahat tələb edib.

Həmçinin, Rusiya tərəfinə ölkənin sərhəd xidməti və digər səlahiyyətli orqanlarının fəaliyyətsizliyi ilə bağlı qəti etiraz bildirilir.

Sənəddə qeyd olunur ki, Rusiya sərhədçiləri mütəşəkkil silahlı birləşmələrin qeyri-qanuni yolla Ukrayna ərazisinə keçməsinin qarşını almaqdansa, onlara qanun pozuntusuna şərait yaradır.


Teqlər:





Xəbər lenti