Yaponiyada güclü zəlzələ: xəsarət alanlar var

Yaponiyada güclü zəlzələ: xəsarət alanlar var
  13 Aprel 2013    Oxunub:1171
Yaponiyada 6,3 bal gücündə zəlzələ olub.
Yaponiya Meteorologiya Təşkilatının məlumatına görə, zəlzələnin episentri aprenin 13-də yerli vaxtla saat 5:30-da Hönsu adasının cənub-qərbində dənizin 15 kilometr dərinliyində qeydə alınıb.

Dağıntıların olduğu və azı 22 nəfərin xəsarətin aldığı bildirilir. Kobe şəhərində bir neçə evin divarları çatlayıb damı uçub. Zəlzələnin daha çox dəmir yol nəqliyyatına təsir etdiyi bildirilir. "Kansay" aeroportunun da qeyri-müəyyən müddətə qədər bağlandığı xəbər verilir. Qeyd edək ki, sunami təhlükəsi ilə bağlı xəbərdarlıq edilməyib.

Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti