Nəşrin polisdəki mənbələrə istinadən verdiyi xəbərə görə, bomba partlamayıb.
"Quran"ın yandırılmasına etiraz edənlər Bağdadda İsveç səfirliyinə soxulublar |
Qeyd edək ki, iyulun 21-də çıxış edən Hizbullahın baş katibi Nəsrullah Stokholmdakı Quranı təhqir etmək aksiyalarına görə İsveç səfirlərini müsəlman ölkələrindən çıxarmağa çağırmışdı.
Nəsrullah avqustun 1-də deyib ki, İslam ölkələrindən olan gənclər Avropada Quranı yandıranları “cəzalandırsınlar” və hakimiyyətin reaksiyasını gözləməsinlər.
Xatırladaq ki, iki ay öncə Stokholmda Quranın yandırılmasına etiraz edən bir qrup iraqlı İsveçin Bağdaddakı səfirliyinə soxulmuşdu.
Tural Tağıyev
AzVision.az